Mart 19, 2017 15:07 Asia/Baku
  • İnqilab Rəhbəri müsəlman qadının yerinin tanınmasını vurğuladılar
    İnqilab Rəhbəri müsəlman qadının yerinin tanınmasını vurğuladılar

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Qərb dünyasında qadının əmtəə olaraq qərarlaşdırılması çox ehtimalla bəşər ictimaiyyətini məhv etmək məqsədilə sionistlərin məkrli planlarındandır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər Həzrət Fatimə-Zəhranın (s.ə) səadətli viladətinin ildönümü günündə bir qrup Əhli-Beyt (ə) məddah və natiqi qəbul ediblər.

Qərbdə cinsi ədalət və cinsi bərabərlik kimi məsələlərin genişlənməsinə toxunan İnqilab Rəhbəri ədalətin, ilahi vergi olan potensialları tanımaq və onları yetişdirməkdir.

İslam İnqilabının Böyük Rəhbəri xatırladıblar: Bu gün qərb alimləri və cinsi bərabərlik kimi məsələləri izləyənlər problemləri olduğuna görə öz işlərindən peşman olublar.

İnqilab Rəhbəri həmçinin islamın böyük xanımı Həzrət Fatimə-Zəhranın (s.ə) həqiqi rəhbər, nümunəvi ana və həyat yoldaşı rolundakı hərəkətini müsəlman qadın üçün tam örnək adlandırıblar.

Həzrət Ayətullahülüzma Xamenei sözlərinin davamında Həzrət Fatimə-Zəhranı (s.ə) islam qadının tam meyarı, islam qadını tarazlığının ən yüksək səviyyəsi bir rəhbər həddində adlandırıb və müsəlman qadının yerinin tanınmasının əhəmiyyətini vurğulayıblar.

Teqlər