Mart 19, 2017 20:20 Asia/Baku
  • İranın cənubunda sunami
    İranın cənubunda sunami

İranın cənubunda bu gün sunami baş verib. İndiyə qədər 1 nəfər həlak olub, 17 nəfər yaralanıb və beş nəfər də itkin düşüb.

Dəyyir rayonunun icra başçısı deyib: Araşdırmalara əsasən itkin düşmüş beş nəfərdən dördü Novruz turisti olub və sahil kənarında çadır qurublarmış.

Həmzə Etimad bildirib: Bu hadisə tamamilə gözlənilməz idi və sahil kənarında çadır quran insanları qəfildən yaxalayıb.

O əlavə edib: Sunami şəhər obyektləri, yaşayış mənzilləri, vətəndaşların əmlakı, xüsusilə də balıqçılıq qayıqları, sahil kənarında saxlanılmış avtomobillərə ciddi xəsarət vurub. Hələlik dəyən xəsarətin miqdarı dəqiqləşməyib.

Etimad bütün yaralıların xəstəxanaya köçürüldüyünü bildirib: Məlumata görə, yaralıların vəziyyəti ağır deyil.