Mart 20, 2017 15:27 Asia/Baku
  • İrranlılar 1396-cı günəş ilini qarşıladılar
    İrranlılar 1396-cı günəş ilini qarşıladılar

Yüz minlərlə iranlı yeni ili dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın və o həzrətin əziz bacısı-Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın Məşhəd və Qum şəhərlərindəki ilahi barigahlarında qarşıladı.

1396-cı günəş ili ilə bağlı xüsusi mərasim bu gün səhər tezdən İmam Rza(ə)-ın və Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın müqəddəs Məşhəd və Qum şəhərlərində Quran-Kərim qiraəti, çıxış və təvəssül duasının qiraəti ilə başlandı.

Məşhəd və Qum şəhərlərinin əhalisi, həmçinin İranın yaxın və uzaq şəhərlərindən gələn və ilin təhvil olması anınadək Həzrət İmam Rza(ə) və o həzrətin əziz bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın pak hərəmlərinin mənəvi mühitində olan zəvvarların sayı o qədər idi ki, pak hərəmlərdən əlavə, onların səhnləri və ətraf küçələr əhali ilə dolu idi.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in Tehrandakı pak hərəmi də yeni günəş ilinin başlanması münasibətilə bu gün iranlı ailələrin iştirakının şahidi idi.