Mart 20, 2017 17:25 Asia/Baku
  • İranda islami şura seçkilərinə qeydiyyat başlanıb
    İranda islami şura seçkilərinə qeydiyyat başlanıb

Şəhər və kəndlər üzrə islami şuralara beşinci dövr seçkilərinə namizədlərin qeydə alınması bu gün səhər tezdən İran boyu, icra hakimiyyətlərində başlanıb və gələn bazar gününədək davam edəcək.

IRNA-nın məlumatına görə, İranda 36 min 838 kənd üç nəfərlik, iki min 742 kənd beş nəfərlik, 1059 şəhər beş nəfərlik, 132 şəhər yeddi nəfərlik, 34 şəhər 9 nəfərlik, 9 şəhər isə 11 nəfərlik islami şuraya malikdir.

Həmçinin beş şəhər 13 nəfərlik, Məşhəd şəhəri 15 nəfərlik, Tehran da 21 nəfərlik islami şuraya malikdir.

Şəhər və kəndlər üzrə islami şuralara beşinci dövr seçkiləri 12-ci prezident seçkilərilə bir zamanda 2017-ci il iyunun 19-da keçiriləcək.

Teqlər