Apr 03, 2017 14:03 Asia/Baku
  • Ruhani: Xarici təzyiqlər qarşısında xəsarətə məruz qalmamaq Müqavimət İqtisadiyyatının məqsədlərindəndir

İran İslam Respublikası prezidenti əcnəbi təzyiqlər qarşısında xəsarət almamağı Müqavimət İqtisadiyyatının məqsədlərindən adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü quruluş və qurumların müdirləri ilə görüşüb.

İstehsalı məşğullluq və iqtisadi inkişaf üçün başlanğıc adlandıran prezident Ruhani deyib: Sürətli məşğulluq istehsalı sayəsində İran İslam İnqilabının Böyük Rəhbərinin 1396-cı günəş ili üçün istehsal və məşğulluq sektorunda təyin etdikləri hər iki məqsədə çata biləcəkdir.

"İranda məşğulluq istehsalı üçün səy dini, milli və inqilabi vəzifədir və 1396-cı günəş ilində hökumətin məqsədi 700 min nəfərdən çox məşğulluqdur" -deyə Ruhani əlavə edib. 

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramına da toxunub: İranın Nüvə Anlaşmasında məqsədi ədalətsiz sanksiyalar zəncirini qırmaq idi və bu reallaşdı.

Prezident Ruhani İranda iki önəmli və həlledici seçkilərə də münasibət bildirib: Seçkilər respublika, demokratiyanın açarı və qanuniliyin əsaslarındandır. 

İran İslam Respublikası prezidenti əlavə edib: İran xalqın səsi və seçkilərə söykənib və xalqın və ölkənin uzunmüddətli məqsədləri bu yolla gerçəkləşir.

Xalqın seçkilərdə möhtəşəm iştirakının İranın beynəlxalq səhnədə mövqeyinin güclənməsində əhəmiyyət daşıdığını bildirən prezident Ruhaninin sözlərinə görə, İranda seçkilər bəzi ölkələrin əksinə olaraq, əzəmətli, möhtəşəm, etikalı və rəqabət şəklində keçirilməlidir.

İranda 12-ci dövr Prezident Seçkiləri və 5-ci dövr Şəhər və Kənd İslam Şuraları Seçkiləri 2017-ci il 19 mayda keçiriləcək.

Teqlər