Apr 21, 2017 10:18 Asia/Baku
  • İran xarici işlər naziri Məhəmməd Cavad Zərif
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri deyib: ABŞ rəsmilərinin hazırkı dövrdə daha çox ehtiyaclı olduqları məsələ İranın mövcud reallıqlarını dərk etməklə sözlərində reallıq və məntiqə əsaslanan mətin davranışdır.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı gecə ABŞ dövlət katibinin İran əleyhinə sözlərinə reaksiyada deyib: Amerikalılar ötən dekadalardakı proseslərdən yaxşı öyrənməlidirlər ki, heç bir şəraitdə İran və iranlılar qarşısında sanksiya, təhdid və düşmənçilik dili ilə nəticə almayıb və almayacaqlar. 

İran xarici işlər naziri İranın nüvə anlaşması öhdəliklərinin icrası haqda ABŞ dövlət katibinin ziddiyyətli açıqlamasına münasibət bildirib: ABŞ-ın əsassız ittihamları nüvə anlaşması qarşısında öz öhdəliklərini icra etmiş İranın sadiqliyini etiraf etməsini ört-basdır edə bilməz. 

ABŞ dövlət katibi Reks Tillerson çərşənbə axşamı günü ABŞ Nümayəndələr Palatası Poul Rayana ünvanladığı məktubda İranın Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısındakı öhdəliklərə sadiq qaldığını təsdiqləyib. Lakin sonra verdiyi açıqlamada öz düşüncəsi ilə İran İslam Respublikasını nüvə avantüristliyində suçlayıb. 

Zərif əlavə edib: ABŞ İranın nüvə proqramının hərbi olması haqda iddialı araşdırma işinin bağlanması zamanı yalanlığı Atom Enerjisi Beynəxlalq Agentlik tərəfindən isbat olunan əsassız ittihamlarla beynəlxalq ictimaiyyəti yayındırmağa qadir olmayacağını bilməlidir. 

İran xarici işlər naziri həmçinin ABŞ rəsmilərinin İranın terrorizmi dəstəkləməsi haqda əsassız iddialarını təkrarlaması barəsində deyib: İranın və region və dünya ölkələrinin mənafeyi idarədən çıxmış terrorizmi məğlub etməkdir. Təəssüflər olsun ki, ABŞ-ın yanlış və qeyri-dəqiq hesablamaları ilə və bu ölkənin regional şəriklərinin qərəzli mövqeləri ilə ötən dekadalarda terror qrupları yaradılmış, genişləndirilməsi və insan parametrlərindən uzaq şəkildə region və dünyaya tətbiq olunmuşdur. 

Zərif bildirib: Şübhəsiz İran İslam Respublikası terrorizmlə mübarizədə öncül ölkə olaraq ABŞ-ın məntiqsiz siyasətlərinə diqqət yetirmədən region və dünyada sülh və təhlükəsizliyin bərqərarı üçün ön cəbhədə qalacaqdır. 

Teqlər