May 19, 2017 11:59 Asia/Baku
  • Böyük təqlid mərcələri seçkilərdə iştirak ediblər

İran seçkilərində iştirak edən Qumdakı böyük təqlid mərcələri səs veriblər.

Ayətullah Nasir Məkarim Şirazi cümə günü 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada 19 may gününü tarixi və yadigar gün adlandırıb: Vətəndaşlar bu seçkilərdə möhtəşəm iştirak edəcəklər. 

Ayətullah Hüseyn Nuri Həmədani də səs verdikdən sonra deyib: İranın inqilabçı və məsuliyyətli vətəndaşları bütün səhnələrdə qəhrəmanlıq yaratdıqları kimi, bu gün də səhnəyə gələcək və islam düşmənləri qarşısında nümunəvi möhtəşəmliyə imza atacaq. 

Ayətullah Cəfər Sübhani də 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak etdikdən sonra islam quruluşunun qorunmasının vacib olduğunu qeyd edib: Vətəndaşlar səs vermədə daha çox iştirak etməklə islam quruluşunun qorunmasına kömək edirlər. 

Ayətullah Lütfullah Safi Golpayqani də 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak edərək səs verib. 

Teqlər