İyun 19, 2017 13:40 Asia/Baku
  • Bəhram Qasemi
    Bəhram Qasemi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi onlarla portuqaliyalının həlak olduğu Lissabon meşəliklərində yanğının baş verməsindən təəssüflənərək, Portuqaliyanın xalqı və dövlətinin kədərinə şərik çıxıb.

Yanğın şənbə günü Portuqaliyanın mərkəzindəki Liriya məntəqəsi və paytaxt Lissabon şəhərinin şimal-şərqindəki meşəliklərdə baş verib və Portuqaliyanın milli məhkəmə polisi onun səbəbini ildırım adlandırıbdır.

Bu yanğında həlak olanların sayı indiyədək 62 nəfər elan olunub və ehtimal edilibdir ki, yanğının genişliyinə görə, həlak olanların sayı qarşıdakı saatlarda artacaqdır.

Portuqaliya daxili işlər nazirliyinin başçıları bildiriblər ki, bu hadisədə əllidən çox insan bədən xəsarəti alıbdır ki, onların bir çoxunun cismani vəziyyəti ağırdır.