İyun 19, 2017 18:17 Asia/Baku
  • Bəhram Qasemi
    Bəhram Qasemi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terroçuların Suriyadakı mövqelərinə qarşı raket hücumuna işarə edərək, deyib: İranın terrorçu, təkfirçi və vəhhabi İŞİD qrupu ilə mübarizədəki son addımı Suriya dövlətinin məlumatı ilə olubdur.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən gecə Suriyadakı təkfirçi terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin şərqində yerləşən Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək, həmçinin partlayıcı avtomobil istehsalı mərkəzlərini, altı ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır. 

Bu raketlər İraqın səmasından keçib, 650 kilometrlik məsafəni arxada qoyaraq, təyin olunmuş hədəflərə dəyibdir.

Təsnim xəbər agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bildirib ki, İran İslam Respublikası terrorizmin qurbanlarından biridir. O, söyləyib: Tehran Suriyanın qanuni dövlətini məlumatlandırmaqla və özünün təkfirçi-vəhhabi terror qrupları ilə amansız mübarizədəki dəyişməz, sabit və prinsipial siyasəti istiqamətində terror qruplarının vücudlarına və onların Diyrəlzurdakı mərkəzi qərargahlarına ölümcül zərbələr endirdi.

Qasemi əlavə edib: İran, təhlükəsizliyi və terrorizmi ticarət və gəlir əldə etmək üçün bir vasitəyə çevirmiş və ən dekadent qəbiləvi və cahillik təfəkkürlərilə oynayan bəzi qüdrətlərin əksinə olaraq, terror qruplarının köklərinin kəsilməsi üzrə real və ardıcıl mübarizəsini davam etdirəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İranın təkfirçi terrorçuların Diyrəzzurdakı mövqeləri və qərargahına qarşı raket hücumu sırf olaraq kiçik bir şillə və indiyədək öz hədd-hüdudunu və region reallıqlarını əməlli-başlı dərk edə bilməyən və ya bilməmiş kəslərin ayılmaları üçün təkcə bir xəbərdarlıq idi.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bütün ölkələrdən istəyibdir ki, terrorizmlə və onun yanlış və təhlükəli təkfirçi-vəhhabi təfəkkürlərdə gizlənmiş köklərilə real mübarizəyə qoşulsunlar.

Teqlər