İyun 20, 2017 09:36 Asia/Baku
  • Sepah-ın təkcə bir raketi ilə 50 İŞİD-çi öldürülüb
    Sepah-ın təkcə bir raketi ilə 50 İŞİD-çi öldürülüb

Hərbi meydan mənbələri dünən gecə bildiriblər ki, Sepah-ın raketlərindən birinin İŞİD-in Suriyanın şərqindəki Diyrəzzur məntəqəsinin ətrafında yerləşən Əlməyadin şəhərindəki qərargahına dəyməsi nəticəsində əllidən çox İŞİD terrorçusu məhv edilib.

Əlaləm telekanalının məlumatına görə, bu terrorçuların altısı liviyalı olubdur.

Bu hücumda İŞİD terror qrupunun bir neçə başçısı, o sıradan Əbu Haris ləqəbi ilə tanınan Əbdulqadir Əlfərani və  Əbu Asim Əlləybi də məhv edilibdir.

Hələ terrorçuların Suriyanın şərqindəki Diyrəzzur məntəqəsində yerləşən qərargahlarına dəqiq surətdə dəymiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın atdığı altı raketdən beşinin törətdiyi tələfatın miqdarı barədə məlumat yayılmayıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bazar günü gecə Suriyadakı təkfirçi terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin şərqində yerləşən Diyrəzzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək, həmçinin partlayıcı avtomobil istehsalı mərkəzlərini, altı ədəd "yer-yer" tipli orta mənzilli raketlə hədəfə alıbdır. 

Bu raketlər İraqın səmasından keçib, 650 kilometrlik məsafəni arxada qoyaraq, təyin olunmuş hədəflərə dəyibdir.

İyunun yeddisində İran xalqından bir qrup məzlum və oruc insanın yaralanması və 17 nəfərin şəhid olması ilə nəticələnmiş Tehranda baş vermiş son terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bildirmişdi ki, "heç bir pak qanın axıdılmasını cavabsız qoymayacaqdır!"

Teqlər