İyul 16, 2017 17:37 Asia/Baku
  • İranın tibbi məqalələrinə istinadlar artıb
    İranın tibbi məqalələrinə istinadlar artıb

İranın səhiyyə, müalicə və tibb təlimi naziri deyib: Son dörd il ərzində İranın tibb elmləri üzrə məqalələrinə istinadlar 12 mindən 37 minə çatıb.

İRİB-in verdiyi məlumata görə, İranın səhiyyə, müalicə və tibb təlimi naziri Həsən Qazizadə Haşimi bu gün Tehranda təhqiqat mövzusunda keçirilən konfransda etdiyi çıxışında deyib: İran sadəcə tibbi məqalələrin sayı baxımından deyil, elm istehsalı baxımından da 30 faiz inkişaf edib. 

İranın səhiyyə naziri elm təməlli şirkətlərin yaradılması və daxili istehsala dəstəyin İran üçün elmi arxa olduğunu bildirərək İranın yaranmış infrasturukturlarla elm istehsalı sahəsində dünyada daha böyük rol oynayacağına ümidvar olduğunu bildirib. 

Öncə də İslam dünyası elmi istinad portalının rəhbəri Məhəmməd Cavad Dehqani demişdi ki, Veb of Sains istinad portalının məlumatına görə, İranda elm istehsalının miqdarı, 2016-cı ildə öncəki illə müqayisədə 19 faiz inkişaf edib və buna əsasən İran elm istehsalının miqdarı baxımından dünya birinciliyini qoruyub saxlamışdır. 

Teqlər