İyul 16, 2017 20:14 Asia/Baku
  • İranda Amerikalı casus həbs edilib
    İranda Amerikalı casus həbs edilib

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü deyib: Casusluq məqsədi ilə İrana daxil olan Amerikanın ikili vətəndaşlığa malik adamı Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib.

İRİB-in verdiyi məlumata görə, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhsüni Ejei bu gün Tehranda özünün həftəlik brifinqində deyib: Başqa bir ölkənin də vətəndaşlığına malik olan Amerikanın adamı, İranın Ettelaat Nazirliyinin əməkdaşlığı ilə saxlanılıb və ilkin istintaq zamanı onun İran barədə Amerikaya müəyyən informasiyalar ötürəcəyi bəlli olub. 

Möhsüni Ejei deyib: Bu adam saxlanıldıqdan sonra məhkəməyə verildi və hal-hazırda ona 10 il müddətinə azadlıqdan məhrum etmə hökmü verilib. Hökmün apeliasaiyaya verilməsi mümkündür. 

Teqlər