Avq 05, 2017 18:56 Asia/Baku
  • Bizim ən böyük silahımız, xalqın səsidir
    Bizim ən böyük silahımız, xalqın səsidir

İran İslam Respublikasının prezidenti deyib: Biz həmişə öz xalqımızı müdafiə etməyə hazırıq, amma müdafiəni təkcə silahla mümkün bilmirik. Bizim ən böyük silahımız, xalqın səsidir və səs qutularında 41 milyondan çox səsə malik olan bir xalq heç vaxt çıxılmaz vəziyyətə düşməyəcəkdir.

Cənab Ruhani 12-ci dövlətin başçısı kimi andiçmə mərasimindən sonra öz çıxışında deyib: Bu gün, mordadın 14-dür. 111 il bundan öncə belə bir gündə çoxlu qarışıqlıqlar arasından yeni bir İran baş qaldırdı və yeni qəhrəmanlıq yaratdı. İranda məşrutəçilik hərəkatı Yaxın Şərq xalqlarının ilk milli qiyamı kimi qələbə çaldı və qanun hökuməti və milli hakimiyyət kimi iki əsas anlayışı bizim xalqımız və dövlətimiz üçün müjdə gətirdi və bu, əslində Asiya xalqlarının bu qədim qitədə azadlıq uğrunda qaldırdığı ilk milli qiyam idi.

İran İslam Respublikasının prezidenti əlavə edib: Biz həmişə öz xalqımızı müdafiə etməyə hazırıq, amma müdafiəni təkcə silahla mümkün bilmirik. Biz öz silahlı qüvvələrimizi himayə edirik, amma bizim ən böyük silahımız, xalqın səsidir və səs qutularında 41 milyondan çox səsə malik olan bir xalq heç vaxt çıxılmaz vəziyyətə düşməyəcəkdir. 

Cənab Ruhani daha sonra deyib: Nüvə məsələsinin həll edilməsi, İranın nüvə işinin BMT Nizamnaməsinin 7-ci fəslindən çıxarılması və Təhlükəsizlik Şurası qətnamələrinin ləğvi, həmçinin nüvə sahəsindəki zalımcasına sanksiyaların ləğvi 11-ci dövlətin ən böyük nailiyyətlərindən biri olubdur. 

Teqlər