Avq 08, 2017 18:20 Asia/Baku
  • İranın Teleradio Təşkilatı hegemoniya əleyhinə mübarizədə müqavimət medialarının mərkəzi
    İranın Teleradio Təşkilatı hegemoniya əleyhinə mübarizədə müqavimət medialarının mərkəzi

İran İslam Respublikasının Teleradio Təşkilatının sədri bu təşkilatı dünya imperializminə qarşı media savaşında iştirak edən müqavimət mediasının mərkəzi adlandırıb.

Əbdüləli Əli Əsgəri çərşənbə axşamı "Jurnalist Günü" ilə bağlı təşkil edilmiş mərasimdə milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən jurnalistləri alqışlayıb və deyib: İranın Teleradio Təşkilatı münasib potensiallara malikdir və müqavimət mərkəzini qaydaya sala və dünyada ən iri xəbər istehsalçılarından birinə çevrilə bilər.

İranın Teleradio Təşkilatının sədri əlavə edib: İranın milli mediası güclü və mübariz mediadır və müqavimət cəbhəsini təşkil edib. Bu media özünün bütün şücaətinə və verdiyi şəhidlərə görə İslam İnqilabına, İmam Xomeyniyə(r.ə), İslam İnqilabının Böyük Rəhbərinə, İran şəhidlərinə və qəhrəmanlarına borcludur.

Jurnalist Günü münasibəti ilə təşkil edilmiş mərasimdə şəhid jurnalistlərin ailələrinə təşəkkür edilib.

Teqlər