Avq 11, 2017 14:59 Asia/Baku

Tehranın cümə namazının xitabətçisi məad mövzusunun əhəmiyyətini vurğulayaraq qiyamət gününün özəlliklərindən birinin insanların hesabına baxılması olduğunu deyib.

Tehranın cümə namazının xitabətçisi Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani Tehranın bu həftəki cümə namazının xütbələrində qiyamət qünündə insanların hesabına baxılması mövzusuna toxunaraq deyib: Qiyamət günü insanlar tələbkar olurlar. 

Müvəhhidi Kirmani islam dininin üsuluna görə hesabımıza baxılmazdan öncə özümüz öz işlərimizin hesabına baxmalı olduğumuzu vurğulayaraq deyib: Qiyamətdə bəzilərinin hesablarına çətin baxılacaq bəzilərinə isə asan baxılacaq bütün bunlar isə insanın bu dünyadakı əməlləri ilə bağlıdır. 

Tehranın bu həftəki cümə namazının xitabətçisi həmçinin özü və başqalarını ilahi təqvaya riayət etməyə çağıraraq deyib: Quran ayələri və rivayətlərə görə hamı dünyada öz rəftarı və etdiyi əməllərə diqqətli olmalıdır ki, axirətdə ziyana düşməsin.