Avq 12, 2017 16:24 Asia/Baku
  • İran Yəməndə savaşın tez bir zamanda bitəcəyinə ümidvardır
    İran Yəməndə savaşın tez bir zamanda bitəcəyinə ümidvardır

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib: BMT-nin Yəmən böhranının həlli üzrə səy və uğurları bu təşkilatın döyüşən tərəflər arasında etimad yaratmaq üçün tam bitərəfliliyə riayət etməsindən asılıdır.

İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hoseyn Caberi Ənsari bu gün Tehranda BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədlə görüşdən sonra aparılmış danışıqları yaxşı və səmərəli adlandırıb. Bildirib ki, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi hazırkı şəraitdə Yəmən səhnəsində siyasi hərəkəti və böhranın siyasi həll yolunu fəal şəkildə izləməyə səy göstərir.

Caberi Ənsari vurğulayıb: İsmayıl Vələd Şeyx Əhmədin İrandan görüş keçirməsi Yəmən böhranının həllinin uğur qazanmasına köməyi cəlb etmək üçün ölkələrdən görüş keçirmək çərçivəsində reallaşır.

İsmayıl Vələd Şeyx Əhməd həmçinin qərar üzrə bu gün İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşməlidir.

Teqlər