Sen 13, 2017 11:16 Asia/Baku
  • Qasemi: Amerikada Rusiyaya məxsus diplomatik məkanların müsadirə edilməsi və orada təftişlərin aparılması təhlükəli bir ənənədir
    Qasemi: Amerikada Rusiyaya məxsus diplomatik məkanların müsadirə edilməsi və orada təftişlərin aparılması təhlükəli bir ənənədir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hökumətinin Rusiyanın bu ölkə ərazisindəki diplomatik binalarını müsadirə etməsi və bu məkanlarda uzun müddətli təftişlər həyata keçirməsini təhlükəli bir ənənə adlandırıb.

Bəhram Qasemi çərşənbə axşamı deyib: Vaşinqtonun bu addımı sübut edir ki, bundan sonra heç bir ölkənin Amerikadakı diplomatik məkanı toxunulmazlıq haqqına riayət edilməsi baxımından lazımi zəmanət və himayəyə malik deyil. 

ABŞ hökuməti 2 sentyabr tarixində Rusiyanın San Fransiskodakı baş konsulluq binası habelə, Nyu-York və Vaşinqtondakı iki diplomatik mərkəzini bağlayıb və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun(FBİ) əməkdaşları bu məkanlarda təftişlər həyata keçirməyə başlayıblar. 

ABŞ-ın bu çirkin hərəkəti Moskvanın ABŞ-ın Rusiyadakı bir neçə diplomatik korpusunu bağlaması və 755 diplomatını ölkədən çıxartmasına cavab sayılır. Moskvanın addımı Rusiya diplomatlarının ABŞ-dan çıxarılmasına və Rusiya əleyhinə sanksiyaların tətbiq edilməsinə cavab olaraq atmışdı. 

Teqlər