Sen 13, 2017 14:30 Asia/Baku
  • İnqilab Rəhbəri: Quruluşun Məsləhətini Müəyyən Etmə Şurası inqilabçı düşüncəyə və inqilabçı rəftara malik olmalı, inqilabçı qalmalıdır
    İnqilab Rəhbəri: Quruluşun Məsləhətini Müəyyən Etmə Şurası inqilabçı düşüncəyə və inqilabçı rəftara malik olmalı, inqilabçı qalmalıdır

İslam İnqilabının Böyük Rəhbəri "məsləhəti müəyyən etmə", "makro siyasətlərin təyin edilməsində məsləhətləşmə" və " ölkə problemləri üçün həll yollarının təqdim edilməsi"ni Quruluşun Məsləhətini Müəyyən Etmə Şurasının 3 əsas vəzifəsi adlandırıb və deyiblər: Şura 100% inqilabçı düşüncəyə və rəftara malik olmalı və inqilabçı qalmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə günü Quruluşun Məsləhətini Müəyyən Etmə Şurasının yeni dövrünün sədri, katibi və üzvləri ilə görüşdə şuranın "məsləhəti müəyyən və təqdim etmə" üzrə incə və mühüm məsuliyyətinə işarə edərək, deyiblər: Şura mühüm məsləhətin mövcud olduğu və İslam Şurası Məclisinin qərarını Negəhban Şurasının qərarından daha üstün hesab etdiyi zamanlarda diqqətli olmalı və məsləhətin son dərəcə önəmli, tutarlı və aydın olduğuna, şura üzvlərinin yekdil rəyi əsasında qəbul edilməsiinə diqqət göstərməli və bu qərarı müəyyən və müvəqqəti müddət üçün həyata keçirməlidir.

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Məsləhətin müəyyən edilməsi uzaqgörənliyə əsaslanmalı və gündəlik xarakter daşımamalıdır. Və məsləhətin müəyyən edilməsi üçün dəqiq, hərtərəfli və faktlara əsaslanan araşdırmalar aparılmalı, bütün şura üzvlərinin o cümlədən Negəhban Şurasının fəqihlərinin iştirakı ilə müzakirələr həyata keçirməlidir.

İnqilab Rəhbəri Quruluşun Məsləhətini Müəyyən Etmə Şurasının ikinci əsas vəzifəsinin yəni "quruluşun makro siyasətlərinin təyin edilməsində rəhbər ilə məşvərət etmə"ni dəqiq və hərtərəfli araşdırmalara ehtiyaclı məsələ adlandırıb və deyiblər: Makro siyasətlər müxtəlif məsələlərlə bağlı quruluşun strukturunu müəyyən edir və bu son dərəcə önəmli bir məsələdir.

İnqilab Rəhbəri makro siyasətlər ilə qısa müddətli məsələlər arasında fərq qoymağı zəruri adlandırıb və deyib: Bəzi makro siiyasətlər yenidən araşdırılmağa və günün tələblərinə uyğunlaşdırılmağa ehtiyaclıdırlar. Bəzilərinin vaxtı isə ümumiyyətlə başa çatıb.

Həzrət Ayətullahülüzma Xamenei Quruluşun Məsləhətini Müəyyən Etmə Şurasını makro siyasətlərin təyin edilməsində dəqiq elmi araşdırmaların aparılmasını və tutarlı faktlara əsaslanmağı zəruri adlandırıb və deyiblər: Elə rəftar edin ki, makro siyasətlər güclü və dəqiq olsun və aydın və faydalı ifadələrlə bəyan edilsin.

İnqilab Rəhbəri əlavə ediblər: Quruluşun Məsləhətini Müəyyən Etmə Şurası İmam Xomeyni(rə)-i xatırladır və İnqilabın məhsulu olaraq ölkənin idarə edilməsində son dərəcə təsirli rola malikdir. Buna görə də, İmam Xomeyni(rə)-in və İnqilabın düşüncələri şuraya tam formada hakim kəsilməlidir. Şura inqilabçı düşüncə və rəftara malik olmalı, İnqilabın əsas prinsipləri və İmamın dəyərli irsi ilə fərqli olan hər hansı bir mövqe və qərar sərgiləməməlidir.