Sen 13, 2017 18:15 Asia/Baku
  • Zərif: AEBA-nın heç bir təftişi İranın sirlərindən agah olmaq üçün bəhanə ola bilməz
    Zərif: AEBA-nın heç bir təftişi İranın sirlərindən agah olmaq üçün bəhanə ola bilməz

İran İslam Respublikasının xarici işlər naziri deyib: Nüvə anlaşmasına əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən həyata keçirilən heç bir təftiş İranın sirlərindən agah olmaq üçün bəhanə ola bilməz.

Məhəmməd Cavad Zərif çərşənbə günü Soçi hava limanına daxil olduqdan sonra AEBA-nın İranın hərbi mərkəzlərinə baxış keçirməsi məsələsi barədə jurnalistlərə deyib: NPT protokoluna və nüvə anlaşmasına əsasən nüvə fəaliyyətlərinin mümkün olduğu məkanlar təftiş edilir.

İranın xarici işlər naziri həmçinin, İran və Rusiya arasında nüvə anlaşması ilə bağlı ahəngdarlığın olmasına işarə edərək, deyib: Rusiya nüvə anlaşmasını himayə edir və iki ölkə beynəlxalq təşkilatlarda bir-birilərinin mövqelərini dəstəkləyirlər.

Teqlər