Sen 13, 2017 19:01 Asia/Baku
  • Nəcəfi: ABŞ-ın son hərəkətləri nüvə anlaşmasının ruhu və mətninə ziddir
    Nəcəfi: ABŞ-ın son hərəkətləri nüvə anlaşmasının ruhu və mətninə ziddir

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: Təəssüflər olsun ki, ABŞ hökumətinin son hərəkətləri nüvə anlaşmasına ziddir.

İranın AEBA-dakı nümayəndəsi Rza Nəcəfi çərşənbə günü agentliyin Direktorlar Şurasının iclasında deyib: Nüvə anlaşmasının bütün tərəfləri qarşılıqlı surətdə və xoşməramlılıq çərçivəsində üzərlərinə düşən öhdəliklərə əməl etməli və qarşılıqlı  hörmət əsasında münasib əməkdaşlıq atmosferi yaratmalıdırlar.

Nəcəfi əlavə edib: ABŞ nüvə anlaşmasının icraya qoyulmasından 20 ayın keçməsinə baxmayaraq, nüvə anlaşmasının ruhu və mətninə zidd olaraq, bu anlaşmanı zəiflətmək üçün qeyri-konstruktiv mövqe sərgiləyir və öhdəliklərinə əməl etmir.

Nəcəfi deyib: ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təzyiq göstərməsi agentliyin tərəfsiz və peşəkar imicinə mənfi təsir buraxır və agentliyin müstəqilliyini şübhə altına aparır.

Teqlər