Sen 14, 2017 09:54 Asia/Baku
  • Zərif: Putin Rusiya-İran əlaqələrinin genişlənməsinə maraqlıdır

İran xarici işlər naziri deyib: Rusiya prezidenti İranla əlaqələrin genişlənməsinə maraqlıdır və mövcud əlaqələr çoxlu inkişaflara şərait yarada bilər.

İRNA-nın Kreml Sarayının mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşdükdən sonra jurnalistlərə müsahibə verib: Rusiya prezidenti ilə görüş zamanı Əhatəli Müştərək Təşəbbüs Proqramının müzakirə olunmaz və əhatəli beynəlxalq anlaşma olduğu vurğulandı və bütün tərəflər nüvə anlaşmasına sadiq qalmalıdır. 

Zərif həmçinin əlavə edib: Suriyada stabilliyin yaradılması üçün İran və Rusiya arasında yaxşı əməkdaşlıq vardır. Ümidvarıq Qazaxıstan paytaxtı Astana şəhərində Suriya Sülh Müzakirələri iclasında Suriyada stabilliyin bərpa olunması və siyasi prosesin başlanması üçün daha çox uğurlar əldə olunacaq. 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif rus həmkarı Sergey Lavrovla görüşündə də Yaxın Şərq regionunu önəmli hadisələrini araşdırıb. 

Rusiya xarici işlər naziri Sergey Lavrov bu görüşdə İranın nüvə anlaşmasına əsasən öz öhdəliklərinə sadiq qaldığını bildirib. 

Rusiya xarici işlər naziri həmçinin ərəb ölkələrinin İran İslam Respublikası ilə müzakirələrini vurğulayıb. 

İran xarici işlər naziri çərşənbə günü səhər Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Vladimir Putinin yay iqamətgahı olan Soçi şəhərinə səfər edib. 

Teqlər