Sen 14, 2017 10:45 Asia/Baku
  • Azərbaycan iranlı investorlar üçün yaxşı potensialdır

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: İranlı iş adamları və iqtisadi fəallar Rusiya, Belarus, Ukrayna və Şimali Qafqazla əlaqə körpüsü olaraq Azərbaycan Respublikasının potensialından istifadə edə bilərlər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə cümə axşamı günü Bakıda Caspindexpo beynəlxalq sənaye sərgisinin kənarında İRİB-ə verdiyi müsahibədə deyib: Bu sərgi qonşu ölkələr və regionun istehlak bazarlarını əks etdirir. İran öz məhsullarının əsas ixracatı üçün yeni bazarlar tapa bilər. 

Cahangirzadə Azərbaycan Respublikasının digər ölkələrlə birgə fəaliyyətlər çərçivəsində layihələrin icrasını izlədiyini deyərək bildirib: İran və Azərbaycan iki ölkə prezidentlərinin razılaşmasına əsasən, Neftçalada Avtomobilqayırma Zavodunu inşa etməkdədirlər. İndiyə qədər bu layihədə təxminən 90% fiziki irəliləyiş olmuşdur. 

Cahangirzadə ümidvarlıq edib ki, bu avtomobilqayırma zavodunun istifadəyə verilməsi ilə İran Azərbaycanın avtomobil bazarında böyük paya sahib olacaq. 

İranın Bakıdakı səfiri xatırladıb: Azərbaycan Respublikası sürətlə inkişaf etməkdədir və İran məhsullarını cəzb etmək üçün yüksək potensiala malikdir. 

Caspindexpo Beynəlxalq Sənaye sərgisində 20 İran şirkəti iştirak edir və bu sərgi cümə gününə qədər davam edəcək.