Okt 06, 2017 10:04 Asia/Baku
  • AR eskadrası İranın Ənzəli limanına yan alıb

İran-Azərbaycan R. tarixində ilk dəfə olaraq, Azərbaycan R-dan olan sülh və dostluq eskadrası üçgünlük dostluq tapşırığı çərçivəsində İrana daxil olaraq, ölkənin şimalında yerləşən Ənzəli limanına yan alıb.

Azərbaycan R-nın sülh və dostluq eskadrası bu ölkə ordusunun dəniz qoşunlarının komandan əvəzi polkovnik Sübhan Bəkirovun komandanlığı altında olan bir gəmiyə şamil olur. Bu eskadra dünən axşam çağı İranın Ənzəli limanına yan alıb.

Bu eskadranın İran sahillərinə səfərdə məqsədi, xəzəryanı ölkələr arasındakı həmkarlığı möhkəmləndirmək elan olunubdur.

İranın şimal eskadrasının komandanı ilə görüş, İran şəhidlərinin yüksək dərəcələrinə hörmətin ifadə olunması, Gilan valisi və Bəndər Ənzəlinin icra başçısı ilə görüşlər, Gilan vilayəti və Bəndər Ənzəli şəhərinin tarixi və turizm mərkəzlərində olmaq bu eskadranın proqramlarından elan olunubdur.

Bu səfər İran eskadrasının iki ay bundan öncə dünya ordularının yarışlarında iştirak üçün Azərbaycan R-a olmuş səfərinə cavab olaraq və iranlı eskadranın dəvəti əsasında həyata keçirilib.

Bu, xəzəryanı ölkələrin sülh və dostluq eskadralarının İrana olan yeddinci səfəridir. Bundan öncə rus eskadraları Bəndər Ənzəliyə səfər etmişdilər.

Qazaxıstandan olan ilk sülh və dostluq eskadrası da ötən həftə Bəndər Ənzəliyə səfər etmişdi.

İndiyədək İran İslam Respublikası ordusunun dəniz qoşunlarının şimal donanmasından beş eskadra İranın xəzəryanı ölkələrə olan sülh və dostluq mesajını bəyan etmək, əlaqələrin möhkəmləndirilməsi və regionun davamlı təhlükəsizliyinin genişləndirilməsi məqsədilə bu ölkələrə səfər edibdir.