Okt 06, 2017 11:36 Asia/Baku
  • 17-ci Tehran Beynəlxalq Sənaye Sərgisi

17-ci Tehran Beynəlxalq Sənaye Sərgisi cümə günü Tehranda beynəlxalq sərgilərin keçirildiyi daimi məkanda açılacaq.

IRIB xəbər agentliyinin məlumatına görə, 17-ci Tehran Beynəlxalq Sənaye Sərgisində müxtəlif sənaye və emalatxana avadanlıqları, böyük və kiçik sənaye istehsal xətləri, istehsal xətti alətləri, modern sənaye, sənaye avtomatlaşdırılması, texniki xidmətlər və sənaye investisiyası nümayiş etdiriləcək.

Çexiya, İsveç, Almaniya, İtaliya, Cənubi Koreya, Rumıniya, BƏƏ, Bolqarıstan, Hollandiya, Polşa, İspaniya, Fransa, Hindistan, Çin, Yaponiya, Tayvan, İngiltərə, İsveçrə, Finlandiya, Türkiyə, İrlandiya və Malayziya 17-ci Tehran Beynəlxalq Sənaye Sərgisində iştirak edən ölkələrdir.

Müxtəlif Avropa və Asiya ölkələrindən bir sıra ticarət, sənaye, iqtisadi və xarici investisiya heyətlərinin sərgi məkanında iranlı şirkətlər ilə sənaye və iqtisadi danışıqlara girmələri gözlənilir.

17-ci Tehran Beynəlxalq Sənaye Sərgisi oktyabrın 9-dək keçiriləcək.

Teqlər