Okt 06, 2017 15:11 Asia/Baku
  • İraq Kürdüstanında referendum xəyanət idi

Tehranın müvəqqəti imamcüməsi deyib: İraq Kürdüstanı məntəqəsinin məsul şəxsləri İraqın mərkəzi dövlətinin və region ölkələrinin nəsihətlərinə məhəl qoymayaraq, bu məntəqədə separatçılıq referendumu keçirməklə xəyanət ediblər.

Ayətullah Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, bütün dünya ölkələri İraq Kürdüstanında keçirilmiş separatçılıq referendumunu rəsmi surətdə tanımayıblar. O, deyib: İran, İraq və Türkiyənin həmkarlıq və müttəfiqliyi İraq Kürdüstanında keçirilmiş separatçılıq referendumu fitnəsi ilə ciddi və təsirli mübarizə üçün təsirli həll yoludur.

Tehranın müvəqqəti imamcüməsi sonra Amerikanın Las-Veqas şəhərindəki terror hücumunu və bu şəhər sakinlərinin qırğın olunmalarını pisləyərək, belə qeyd edib: İran dünyanın hər bir yerində günahsız insanların qırğın edilmələrini pisləyir, amma bu qənaətdədir ki, Amerika və Qərb dünyada, o sıradan Yəməndə günahsız insanların qırğın edilmələri qarşısındaki ikili rəftara son qoymalıdırlar.

Tehranın cümə namazı xitabətçisi həmçinin nüvə anlaşmasının ruhu və vücudunun ABŞ tərəfindən pozulmasına toxunaraq, vurğulayıb ki, nüvə anlaşması heç bir vəchlə yenidən müzakirə oluna bilməz və İranın xalqı və rəsmiləri Amerikaya etimad etməməkdə davam edirlər.

Ayətullah Əhməd Xatəmi sonda İranda hüquq-mühafizə qüvvələri həftəsinin başlanmasına işarə edərək, deyib: Hüquq-mühafizə qüvvələri İslami İranın izzəti və hörməti mənbəyidirlər, zira daim ölkənin təhlükəsizliyinin təmini, eləcə də əmin-amansızlıq, narkotik maddələr və əmtəə mal qaçaqmalçılığı ilə mübarizənin ön xəttində dururlar.