Okt 12, 2017 14:14 Asia/Baku
  • 
Donalt Trampın təkrar mövqeyi
    Donalt Trampın təkrar mövqeyi

ABŞ prezidenti özünün öncəki mövqeyini təkrar edərək, bir çox amerikalı siyasətçinin əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) Vaşinqtonun ziyanına olduğunu deyib.

ABŞ prezidenti Donald Tramp dünən FoksNyus telekanalına verdiyi müsahibədə ƏMTP-ni ən naşıyana razılaşmalardan biri adlandırıb. 

ABŞ prezidenti özünün İrana qarşı əsassız iddialarının davamında deyib: Amerika bu razılaşmada 150 milyard dollar verib və heç nə əldə etməyib. 

Tramp həmçinin İranın öz raket və nevə fəaliyyətlərini yenidən başladığını iddia edib. 

ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni siyasətini və hökumətinin ƏMTP barədə mövqeyini bir nitqdə elan edəcəyi gözlənilir. 

Bu nitqin bu gün ediləcəyi gözlənilirdi amma AsseoşieytedPress məlumatlı mənbələrə istinadla bildirib ki, nitq sabah baş tutacaq. 

Tramp oktyabrın 15-dək İranın ƏMTP-yə sədaqətini rədd yaxud təsdiq etməlidir. Onun nüvə razılaşmasını rədd edərək bu razılaşmanın taleyini ABŞ konqresinin sərəncamına verəcəyi ehtimal edilir. 

Tramp tərəfindən İranın ƏMTP-yə sədaqəti rədd olunarsa ABŞ konqresi 60 günədək sanksiyaların İrana yenidən tətbiq edilməsi üçün qərara gəlməli olacaq. 

Teqlər