Noy 02, 2017 09:55 Asia/Baku
  • İran, Rusiya və Azərbaycan arasında müştərək bəyanat imzalanıb
    İran, Rusiya və Azərbaycan arasında müştərək bəyanat imzalanıb

İran İslam Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentlərinin Tehran iclası dünən gecə müştərək bəyanatla sona çatıb.

İRNA-nın verdiyi məlumata görə, bəyanat imzalanmazdan öncə İran prezidenti Azərbaycan və rusiyalı həmkarları ilə birgə mətbuat konfransında etdiyi çıxışında Bakıda üç ölkə başçılarının ilk iclasının qarşıya qoyduğu məqsədlərin reallaşmasından xəbər verib və deyib: İran, Azərbaycan Respublikası və Rusiya beynəlxalq şimal-cənub koridoru vasitəsi ilə Avropa və Asiya qitələrini biri-birinə qovuşdurmaq niyyətindədirlər. 

2016-ci il avqust ayında keçirilən Bakı iclasında üç ölkə başçıları geniş regional məsələlərdən əlavə şimal-cənub nəqliyyat dəhlizi, enerji sektoru, neft və qaz əməkdaşlıqları, eləcə də iqtisadi əməkdaşlıqların inkişafı üçün gedişatın mexanizmi barədə razılığa gəldilər. 

Ruhani Tehran iclasının iqtisadi qərarlarına da toxunub və deyib: Üç ölkə daha əlverişli bank əlaqələrini və iki yaxud üçtərəfli ticarətdə milli valyutalarından istifadəni planlaşdırırlar. 

İran İslam Respublikası prezidenti hər bir üçtərəfli iclasın Tehran, Moskva və Bakı arasında əlavə əməkdaşlıqlar üçün yeni addım olduğunu bildirərək gələn il Moskvada keçiriləcək iclasda üçtərəfli əlaqələrin genişləndirilməsi istiqamətində böyük addımlar atılacağına ümidvar olduğunu deyib. 

İran, Rusiya və Azərbaycan prezidentlərinin ikinci üçtərəfli iclası dünən Tehranda keçirildi.

Üçüncü üçtərəfli görüş isə gələn il Moskvada keçiriləcək. 

Teqlər