Noy 11, 2017 16:45 Asia/Baku
  • Xoşru: İranın nüvə fəaliyyətlərini yalnız AEBa təsdiqləyə bilər
    Xoşru: İranın nüvə fəaliyyətlərini yalnız AEBa təsdiqləyə bilər

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: Tehran və dünya ictimaiyyəti İranın nüvə fəaliyyətlərinin təsdiqlənməsi üzrə yeganə vasitəni Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatları hesab edirlər.

Qulaməli Xoşru şənbə günü İRNA ilə müsahibədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını yenidən təsdiqləməsinə toxunaraq deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin texniki və elmi hesabatlarına uyğun olaraq İranın nüvə anlaşması ilə bağlı öhdəliyini yerinə yetirməməsi müşahidə olunmayıb və proseslər şəffaf şəkildə agentliyin əməkdaşlığı ilə irəliləyir.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə tam əməkdaşlığını qeyd edən Xoşrunun sözlərinə görə, İran nüvə anlaşmasından çıxan ilk ölkə olmayacaq. Lakin hər hansı bir ölkənin nüvə anlaşmasından birtərəfli qaydada çıxmasına da dözməyəcək.

İranın BMT-dəki nümayəndəsi Avropa, Çin, Rusiyavə digər ölkələrin nüvə anlaşmasının gücləndirilməsi üçün fəaliyyətlərinin diqqəti cəlb etdiyini deyərək ümidvarlıq edib ki, bu vahid mövqe nəticəsində ABŞ da bu sahədə öz öhdəliklərinə sadiq qalacaq.

Qulaməli Xoşru cümə günü də BMT Baş Assambleyasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik hesabatının araşdırılması üzrə iclasında deyib: Nüvə anlaşması Təhlükəsizlik Şurasının qətnaməsinin bir hissəsidir, onun haqqında yenidən müzakirə aparmaq olmaz, onu birtərəfli qaydada ləğv etmək olmaz. Buna görə, bütün tərəflər öz öhdəliklərini yerinə yetirməli və nüvə anlaşmasına zidd hərəkətlərdən çəkinməlidir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano da cümə günü BMT baş assambleyasının iclasında çıxış edərək bu agentliyin illik hesabatını təqdim edib və İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə bağlı öhdəlikləri tam şəkildə yerinə yetirdiyini təsdiqləyib.

Teqlər