Noy 25, 2017 17:53 Asia/Baku
  • İran ilə Qətər arasında ticarət mübadilələrində 120 faiz artım olub
    İran ilə Qətər arasında ticarət mübadilələrində 120 faiz artım olub

İranın sənaye, mədən və Ticarət naziri deyib: Regiondakı özünə məxsus şəraiti və qətərli tərəfin İran İslam Respublikası ilə münasibətlərin inkişafına maraqlı olmasını nəzərə alaraq son aylar ərzində iki ölkə arasında ticarət mübadilələrinin həcmində 120 faiz artım olub.

Məhəmməd Şəriətmədari bu gün Qətərin iqtisadiyyat naziri Əhməd Bin Casim Bin Məhəmməd Ali-Sani ilə görüşündən sonra Dohanın iki ölkə arasında ticarət mübadilələrinin 5 milyard dollar dəyərinə çatdırılması təklifinə toxunaraq deyib: Son 7 ayda Qətərə ixracatın dəyəri 97 milyon dollar, texniki-mühəndislik xidmətlərinin ixracatının dəyəri isə 1 milyard dollar təşkil etmişdir. 

İranın Sənaye, mədən və ticarət naziri Qətərin əlverişli infrasturukturlara malik olmasının İranın dünya ilə iqtisadi münasibətlərinin inkişaf etdirilməsinə əlverişli fürsət yaratdığını bildirərək deyib: Qətərin 2022-ci ildə önəmli beynəlxalq yarışlara evsahibliyi edəcəyini nəzərə alaraq, bu sahə İranın böyük həcmdə ixracatına zəmin yarada və qarşılıqlı münasibətlərdə sıçrayışa səbəb ola bilər. 

Qətərin iqtisadiyyat naziri Əhməd Bin Casim Bin Məhəmməd Ali-Sani ticarət heyətinin müşayiəti ilə bu gün Tehrana daxil olub və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, habelə iqtisadi fəallardan ibarət bir qrup ilə görüşüb, müzakirələr aparıb. 

Teqlər