Yan 08, 2018 16:34 Asia/Baku
  • Qasimi: İran ABŞ hökumətinin ağılsız hərəkətlərini puça çıxarıb
    Qasimi: İran ABŞ hökumətinin ağılsız hərəkətlərini puça çıxarıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran xalqının öz müqəddəratını təyin etməkdə iştiraka olan marağı ABŞ hökumətinin ağılsız hərəkətlərini həmişə nütfədə boğub.

Bəhram Qasimi bu gün həftəlik brifinqində Tehranda keçirilən təhlükəsizlik konfransı və Amerikanın İranda təhlükəsizlik zəminində problem yaratmaq cəhdləri barədə verilən suala cavabda deyib: İranı müxtəlif yollarla problemlərlə üzləşdirməyə cəhd göstərən Amerikanın dşmənçilik və kinli siyasətləri daima məğlubiyyətə uğramışdır. 

Qasimi ABŞ hökumətinin son bir il ərzindəki xarici siyasətində olan məğlubiyyətləri xatırladaraq deyib: Regionda böhranı qızışdıran əsas tərəf ABŞ prezidenti Donald Trampdır .

İİR XİN sözçüsü BMT TŞ-nin İrandakı son iğtişaşlar barədə fövqəladə iclas keçirməsi və iştirakçı ölkələrin Amerika dövlətinə yox deməsinə toxunaraq deyib: TŞ-də Trampa yox cavabı Amerikanın xarici siyasətində regional və beynəlxalq səhnədə düçar olduğu növbəti məğlubiyyət oldu. 

İranın diplomatiya aparatının sözçüsü deyib: Beynəlxalq ictimaiyyət və BMT TŞ üzvləri yeni bir dövrün gəlib çatdığını və artıq Amerikaya tabe olmadıqlarını nümayiş etdirdilər. 

İran XİN sözçüsü Amerikanın İrana qarşı nüvə və qeyri-nüvə sanksiyaların dayandırılması müddətinin sona çatmasına dair bəzi bəyanatlara da münasibət bildirib: İran İslam Respublikasında keçmişdən bəri diqqətə alınan məsələ bütün ehtimal olunan ssenariləri nəzərə almaqdır və və hər hansı vəziyyət üçün lazımı qərarlar veriləcəkdir. 

İranın XİN sözçüsü İranın xarici işlər nazirinin Brüsselə gözlənilən səfəri barədə isə deyib: "Zərif Avropa Birliyinin qərargahında bu birliyin xarici siyasət üzrə koordinatoru, eləcə də Almaniya, Britaniya və Fransanın XİN rəhbərləri ilə nüvə sazişi barədə fikir mübadiləsi aparacaq. "

Bəhram Qasimi İran ilə Çin arasındakı iqtisadi əlaqələr barədə isə deyib: Çin İranın önəmli iqtisadi ortaqlarından biridir və iki ölkə əlaqələrində son günlərdə yaranan problemlər müxtəlif sahələrdə əldə olunmamış razılıqlarla əlaqədardır və bunu bütün sahələrə aid etmək düzgün olmazdı. 

İİR diplomatiya aparatının sözçüsü  İraqda parlament seçkiləri barədə deyib: İraqda təhlükəsizlik və sabitlik eləcə də bütün etnik və dini qruplar arasında dostluq, İran üçün önəmlidir. 

Qasimi Çin sahillərində qəzaya uğramış İrana aid tankerin son durumu barədə deyib: Hadisə yerinə vertolyotlar və xilasetmə gəmilərinin göndərilməsinə baxmayaraq hələ durum gərgindir və yanğın davam edir. 

İranın XİN sözçüsü deyib: İranın Pekindəki səfirliyinə və Şanxaydakı konsulluğuna lazımı təlimatlar verilib.

Qasimi deyib:  Hələlik hadisənin səbəbi barədə dəqiq fikir bildirmək mümkün deyil. 

Teqlər