Yan 11, 2018 15:54 Asia/Baku
  • Avropa Birliyi nüvə anlaşmasının qorunmasında qətiyyətlidir
    Avropa Birliyi nüvə anlaşmasının qorunmasında qətiyyətlidir

İran, Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun Brüsseldə keçirilən iclası başa çatıb və Mogerini iclasın sonunda bu birliyin nüvə anlaşmasının qorunması üzrə qətiyyətliliyindən söz açıb.

Bu gün Avropa Birliyinin qərargahında keçirilən iclasda tərəflər hazırkı şəraitdə bütün tərəflərin nüvə anlaşmasının icrasının davam etməsi və öhdəlikli qalmaları məqsədilə lazımi tədbirlərin görülməsi haqda fikir mübadiləsi aparıblar.

İran xarici işlər naziri bu iclasda bütün tərəflər, xüsusilə də Avropa Birliyi və Avropa ölkələrinin hazırkı şəraitdə nüvə anlaşmasının icrası üzrə öhdəliklərə sadiq qalmasının əhəmiyyətini vurğulayıb.

Federika Mogerini, Fransa, Almaniya və Britaniya xarici işlər nazirləri bu iclasda çoxtərəfli diplomatiyanın özünəməxsus nailiyyəti olaraq nüvə anlaşmasının icrası üzrə dövlətlərinin öhdəliyini birgə şəkildə vurğulayıblar.

İran xarici işlər naziri həmçinin Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ilə təkbətək görüşərək tərəfləri maraqlandıran məsələlər haqda danışıqlar aparıb.

Teqlər