Yan 11, 2018 21:31 Asia/Baku
  • İran və İtaliya arasında 5 mld. avroluq iqtisadi müqavilə imzalanıb
    İran və İtaliya arasında 5 mld. avroluq iqtisadi müqavilə imzalanıb

İranın iki bankı, "Sənət və Mədən" və "Xavərmiyanə" bankları və İtaliyanın İnvestment İnvitaliya Global müəssisəsi arasında İranın abadlıq və istehsal layihələrinin maliyyə təminatı məqsədilə 5 milyard avroluq iqtisadi müqavilə imzalayıblar.

İRİB-in məlumatına görə, bu müqavilə İranın iqtisadi və maliyyə nazirinin müavini və İnvestisiya Təşkilatının baş direktoru Məhəmməd Xəzaiinin İtaliyanın iqtisad naziri Pier Karlo Padoanla Romada görüşünün kənarında imzalanıb.

Məlumata görə, bu vəsait İran və İtaliyanın iqtisadi münasibətlərinin genişləndirilməsi istiqamətində, iqtisadi əməkdaşlıqlar və iki tərəfin iştirakı ilə infrastruktur layihələrin icrası üçün xərclənəcək.

İran İslam Respublikası bundan öncə Hindistan, Çin, Cənubi Koreya, Danimarka, Avstriya və Rusiya ilə iqtisadi əməkdaşlıqlar imzalayıb.

Teqlər