Yan 13, 2018 12:41 Asia/Baku
  • İranın XİN rəhbəri: Mədəni dialoq təhlükəsizlik üçün zərurətdir
    İranın XİN rəhbəri: Mədəni dialoq təhlükəsizlik üçün zərurətdir

İranın xrici işlər nazri mədəni dialoqun hümı üçün təhlükəsizlik zərurət olduğunu deyib.

İRNA-nın verdiyi məlumata görə, İranın XİN rəhbəri Məhəmməd Cavad zərif bu gün Tehranda Asiyada mədəni dialoq iclasında etdiyi çıxışında deyib: Asiya mədəniyyətlər və müxtəlif düşüncələr eləcə də beynəxalq ictimaiyyətdə sivilizasiya beşiyidir. 

Zərif deyib: Dünyada qədim qitə adlanan Asiya düşüncə, fəlsəfə, dialoq və ortaq anlayış mənşəyi olmuşdur amma təəssüflər olsun ki, Asiya bu gün öz mədəni, ətiqad, baxış tərzləri və müxtəlif görüşlərindən çox uzaqlaşmış böhranlar, toqquşmalar və qırğınlar məkanına çevrilmişdir. 

İranın xarici işlər naziri deyib: Asiya çeşidli baxış tərzlərinə malik olsa da bu gün xüsusiylə Asiyanın qərbində baş verənlər mədəni əsaslarla kökündən ziddiyyətdədir. 

Asiya mədəni dialoq iclasının açılış mərasimində çıxış edən İranın mədəniyyət və islami əlaqələr təşkilaıtnın sədri Əbuzər İbrahimi Türkmam deyib: Beynəlxalq ictimaiyyətin müxtəlif böhranlar və qarşıdurmalarla üz-üzə durduğu bir dövrdə Asiyadan olan alimlər və ziyalıların bu iclas vasitəsi ilə bir araya gəlmələri regional və beynəlxalq böhranlara qalib gəlməkdə ən əsas yol olan mədəni diloqun rolu və əhəmiyyətinə təkiddir. 

İbrahimi Türkman deyib: Bu gün inteqrasiya üçün ən təsirli amil mədəniyyətdir buna görə də, məqsədyönlü və konstruktiv danışıqlar vacib bir vəzifəyə çevrilib. 

İlk Asiya mədəni dialoq iclası " Asiyanın şərqi", "Hind yarımadası" və " Orta asiya və Qafqaz" adları altında üç əsas komissiyadan ibarət olaraq 3 gün müddətində Asiyanın 20 ölkəsinin nümayəndələrinin iştirakı ilə davam edəcəkdir. 

Komissiyalar Tehran universitetində, Məşhədin Firdövsi universitetində və Mazandaranın Babolsər şəhərində təşkil olunur. 

Teqlər