Yan 14, 2018 10:07 Asia/Baku
  • n komandosları özlərini Çinin şərq sahilində qəzaya uğramış İranın neft tankerinə çatdırıblar
    n komandosları özlərini Çinin şərq sahilində qəzaya uğramış İranın neft tankerinə çatdırıblar

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini İran İslam Respublikası ordusunun 12 komandosunun Çinin şərq sularında yanğına məruz qalan İranın "Sançi" neft tankerinin olduğu məkana çatmalarından xəbər verib və deyib: İran komandosları və çinli xilasetmə qrupu tankerə daxil olmağın yollarını araşdırmaq üçün iclas təşkil ediblər.

Hadi Həqşenas bazar günü verdiyi açıqlamada İran komandoslarının "Sançi" neft tankerinin 1 kilometrliyində yerləşdiklərinə işarə edərək, deyib: İran komandosları hadisə yerində bir gəmi üzərindədirlər və İranın neft tankerinin üzərində tüstü dumanının azalması və münasib şəraitin yaranması ilə tankerə daxil olacaqlar.

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini həmçinin deyib: İran və Çinin xilasetmə dəstələri neft tankerinə daxil olmağın yollarını araşdırırlar.