Yan 18, 2018 20:44 Asia/Baku
  • General Səlami: Amerikalılar heç bir qələbə yaratmağa qadir deyillər
    General Səlami: Amerikalılar heç bir qələbə yaratmağa qadir deyillər

Sepah-ın baş komandan əvəzi deyib ki, amerikalılar böyük xərclərə rəğmən, heç bir qələbə yaratmağa qadir deyillər.

Sepah-ın baş komandan əvəzi general-mayor pasdar Hoseyn Səlami bu gün Təbrizdə əlavə edib: Bir zaman amerikalı hərbi məsləhətçilər İranı idarə edirdilər, lakin bu gün nəinki İranda iştirak etmirlər, həm də Aralıq dənizinin şərqinədək qovulublar və Qırmızı dənizədək təqib olunurlar.

General-mayor pasdar Səlami sonra deyib: Amerikanın dünyadakı siyasi hökmranlığının məğlubiyyətə uğramasını son zamanlar BMT Təhlükəsizlik Şurasının səsverməsində hamı müşahidə etdi, zira düşmənlər İran xalqını tanımadan öz abırlarını aparıblar və hətta Amerikanın ənənəvi müttəfiqləri belə, onları müşayiət etmədilər.

Sepah-ın baş komandan əvəzi söyləyib: Əgər amerikalılar İranın daxili işlərinə qarışmasaydılar, bu məğlubiyyət onlar üçün qeydə alınmazdı.

General-mayor pasdar Səlami vurğulayıb: İslam İnqilabı insanların ləyaqətinin bərpası, xalqın tağutlardan xilas olması, azadəlik və ədalətin reallaşması üçün zühur etdi və bütün zalım qüdrətlər onun qarşısında dayandılar.

Sepah-ın baş komandan əvəzi əlavə edib: İran İslam İnqilabı müsəlmanlara azadəliyi və əsl mahiyyəti qaytardı.

Teqlər