Fev 08, 2018 14:08 Asia/Baku
  • İslam inqilabının böyük rəhbəri: Bu il 22 bəhmən görməli olacaq-YENİLƏNİB

İslam inqilabının böyük rəhbəri bildiriblər: Düşmənin məqsədi islam inqilabının davamlılığının və dirəniş göstərməsinin qarşısını almaqdır.

Həzrət Ayətullahül-üzma Xamenei bu gün İran İslam Respublikası ordusunun hava qoşunlarının komandan və işçilərindən bibarət bir qrup ilə görüşündə bildiriblər: Düşmən , islam inqilabının təməllərinə qarşı düşüncə formalaşdırmaq üçün pul xərcləyən dırnaqarası mütəfəkkirlərdən tutmuş, saxta ideoloqlar, muzdlu yazarlar, virtual imkanlar və təlxəklərədək olan hər bir vasitədən öz auditoriyasını genişləndirmək üçün istifadə edir.

İslam inqilabının böyük rəhbəri bildiriblər: Allahın lütf və mərhəməti ilə bu ilki 22 bəhmən görməli olacaq, ona görə ki,xalq  bəzi amerikan rəsmilərin son boş boğazlıqlarından hiss etmiş oldu ki, düşmən hücum və düşmənlik üçün pusqudadır. Bu il xalqın yürüşlərdə iştirakı daha isti olacaq və Allahın lütfü ilə hamı iştirak edəcək.

Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Ədalət, sosial ədalətin təminində, xalq kütlələri arasında məsafəni aradan qaldırmaqda az iş görülüb və geridə qalma var. Bu sahədə həyata keçməli olan təşəbbüslər lazımınca və layiqincə həyata keçirilməyib və tam ciddiyyətlə bu sahəyə diqqət yetirməliyik, bilin ki, Allahın mərhəməti ilə bunun ardıncayıq və bundan vaz keçməyəcəyik və əlbəttə bunun yolu zülm və korrupsiya ilə mübarizədir. 

İslam inqilabının böyük rəhbəri bildiriblər: Ədalət, həm cəmiyyət həm də beynəlxalq səviyyədə, həm siyasi həm də iqtidadi cəhətlərdən daha geniş məfhumdur. Bütün bunlarda qəti bir dəyər də var, başqa sözlə digər dəyərlər nisbidir ancaq ədalət qəti dəyərdir.

Teqlər