Fev 12, 2018 15:43 Asia/Baku
  • Vilayəti: İslam Dünyasında Əhl Beyt(ə)-ı sevənlər arasındakı davamlı əlaqələr var
    Vilayəti: İslam Dünyasında Əhl Beyt(ə)-ı sevənlər arasındakı davamlı əlaqələr var

İslam İnqilabının Böyük Rəhbərinin müşaviri və Ümumdünya İslami Oyanış Assambleyasının baş katibi Əli Əkbər Vilayəti deyib: Əhl Beyt(ə) aşiqləri arasındakı əlaqələr İslam Dünyasında münasib bir strukturun yaradılması habelə, sosial şəbəkələrdən istifadə yolu ilə davamlı xarakter alır.

İRNA-nın məlumatına görə, Əli Əkbər Vilayəti bu gün Beynəlxalq Əhl Beyt(ə) Aşiqləri İclasının Məşvərət Şurasının iclasında Əhl Beyt(ə) Aşiqləri Konqresinin fəaliyyətlərinin təşkilatlandırılmasını, regionun hazırkı şəraitini nəzərə alaraq, zəruri adlandırıb.

Vilayəti 2017-ci ilin noyabrında Əhl Beyt(ə) Aşiqləri İclasının keçirilməsinə və təkfirçilik məsələsinin araşdırılmasına işarə edərək, deyib: bu iclas yeni islam sivilizasiyasının formalaşmasına zəmin yaratmaq, İslam dünyasındakı çətinliklər və problemlər ilə mübarizə aparmaq üçün birlik və həmrəyliyi formalaşdırmaq, Əhl Beyt(ə) aşiqləri arasında təfəkkür və əqidə baxımından mövcud olan ortaqlıqları daha qabarıq formada təqdim etmək məqsədi daşıyırdı.