Fev 13, 2018 15:18 Asia/Baku
  • General Cəfəri: İslam İnqilabı fəal və canlı olmaqda davam edir
    General Cəfəri: İslam İnqilabı fəal və canlı olmaqda davam edir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: Bütün düşmənçiliklərə rəğmən, İran İslam İnqilabı fəal və canlı olmaqda davam edərək, yüksək hədəflərə çatmaqdadır.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant pasdar Mohəmməd Əli Cəfəri Zahidan şəhərində Sistan və Bəluçestan milli konfransında sonra belə deyib: Düşmənlərin İslam İnqilabının inkişafda olan irəliləyişini dayndırmaq üzrə bütün səylərinə rəğmən, bu inqilab iftixarla öz yolunu davam etdirir.

Sepah-ın baş komandanı bildirib ki, əmin-amansızlıq yaratmaq düşmənin İslami İranda, xüsusən Sistan və Bəluçestan vilayətindəki ən mühüm hədəflərindən olubdur. O, deyib: Bu vilayətin şəhidləri təhlükəsizlik yolunda həyatlarını veriblər və şiə və sünni bir-birinin kənarında və vahid şəkildə təhlükəsizliyin bərqərarı istiqamətində səy göstəriblər.

General-leytenant Cəfəri əlavə edib: Düşmənlər çox səy edirlər ki, İran xalqının birliyini aradan götürümş olsunlar, amma bu meydanda İslam İnqilabının Böyük Rəhbərinin müdrik rəhbərlikləri və xalqın gözüaçıqlığı ilə düşmənlərin fitnələri zərərsizləşdirilibdir.

Teqlər