Fev 14, 2018 10:55 Asia/Baku
  • İran və Avropa parlamentləri rəsmilərinin görüşü
    İran və Avropa parlamentləri rəsmilərinin görüşü

İran İslam Şurası Məclisinin üzvləri və Avropa Parlamentinin nümayəndə heyəti Tehranda birgə iclas təşkil ediblər.

İran İslam Şurası Məclisnin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi bu iclasın kənarında jurnalistlər qarşısında deyib: İnsanların haqq sözün təsiri altına düşməsi prinsipinə və İran İslam Respublikasının mövqeyinin müdafiə edilməsi zərurətinə habelə, ölkə sərhədlərindən kənarda İran əleyhinə baş tutan qarapiyar kampaniyalara işarə edərək, Avropa Parlamentinin üzvləri ilə fikir mübadiləsi və dialoqu bir zərurət adlandırıb.

Brucerdi İran İslam Şurası Məclisinin üzvlərinin Avropa Parlamentinin nümayəndələri ilə çox konkret müzakirələrə malik olduqlarını deyərək, əlavə edib: İran İslam Respublikasının bir çox məsələ ilə bağlı mövqeyi aydın şəkildə bəyan edildi.

İran İslam Şurası Məclisinin üzvü daha sonra deyib: İran İslam Respublikasının gerçəkliklərinin Avropa Parlamenti və digər parlamentlər üçün açıqlanması bir zərurətdir.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid Mək Allister və bir sıra digər nümayəndəsi habelə, İran İslam Şurası Məclisinin bəzi üzvləri də insan haqları, nüvə anlaşması, bütün insanların bərabər olması və terrorizm ilə mübarizənin zərurəti barədə çıxışlar ediblər.

Teqlər