Fev 23, 2018 19:15 Asia/Baku
  • Qumda üç bəhreynli gəncin dəfn mərasimi keçirilib
    Qumda üç bəhreynli gəncin dəfn mərasimi keçirilib

Bəhreyn xalqının Ali-Xəlifə rejiminə qarşı qiyamında şəhid olmuş üç gəncin cənazələri cümə namazından sonra Qum şəhərində müşayiət olunaraq, dəfn edilibdir.

Ali-Xəlifə rejiminin amilləri ötən həftə dörd bəhreynli gənci qətlə yetirdilər və öz cinayətlərini gizlətmək üçün onların cəsədlərini dənizə atdılar. Onlardan üçünün cənazəsi İranın cənubundakı Buşehr vilayətinin sahillərinə gəlib çatıbdır.

Seyid Qasim Xəlil Dərviş, Meysəm Əli İbrahim və Seyid Mahmud Seyid Adil Kazimin cənazələri elə bir halda müşayiət olunubdur ki, bu mərasimin iştirakçıları tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimin və bu ölkə xalqının qiyamında həyatını itirmiş digər şəxslərin şəkillərini daşıyıblar.

Mərasim iştirakçıları həmçinin "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarları verərək, dünya imperializminin regiondakı muzdurlarının cinayətlərini pisləyiblər.

Bəhreyn 2011-ci il fevralın 14-dən Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı öz ölkəsində azadlıq, ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir, Ali-Xəlifə rejimi isə bu ölkədə xalq etirazlarına divan tutur.

Teqlər