Fev 26, 2018 19:28 Asia/Baku
  • İran və Serbiyanın xarici işlər nazirləri məşvərət aparıblar
    İran və Serbiyanın xarici işlər nazirləri məşvərət aparıblar

İran İslam Respublikasının xarici işlər naziri Tehranın bütün sahələrdə, o sıradan siyasi, iqtisadi, mədəni və parlament sahələrində Serbiya ilə əlaqələrin inkişafına hazır olduğunu vurğulayıb.

Məhəmməd Cavad Zərif bu gün Belqradda Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ilə görüşdə İran prezidentinin bu ölkəyə səfər etməsi üçün Serbiya prezidentinə olan dəvət mesajını gətirdiyini bildirərək, deyib: İki ölkə vətəndaşları üçün vizanın ləğvindən sonra əgər İran ilə Serbiya arasında birbaşa uçuş da bərqərar olarsa, Tehran-Belqrad ticarət əlaqələrinin inkişafına kömək edəcəkdir.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin neft, qaz, neft-kimya, mədən, rabitə, kənd təsərrüfatı və digər infrastrukturları iki ölkənin həmkarlıqları üçün münasib zəminlər adlandırıb.

Serbiyanın xarici işlər naziri İvitsa Daçiç də bu görüşdə ölkəsinin İranla əlaqələrin inkişafına hazır olduğunu bildirərək, deyib ki, İranın ticari və iqtisadi heyətinin Serbiyaya səfəri iki ölkənin iqtisadi və ticari əlaqələrinin genişlənməsinə səbəb ola bilər.

İran və Serbiyanın xarici işlər nazirləri həmçinin bu görüşdə ikitərəfli müdafiə, elm, texnologiya, mədəniyyət, incəsənət və universitet əməkdaşlıqları barədə danışıb və regional və beynəlxalq hadisələr barədə məşvərət aparıblar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün ikigünlük səfər, görüş və Serbiya başçıları ilə məşvərət məqsədilə Belqrada daxil olub.

İranın xarici işlər naziri siyasi və iqtisadi bir heyətlə bu gün Serbiya, Bolqarıstan, Xorvatiya və Bosniya və Herseqovinaya dövri səfərə çıxıbdır. 

Teqlər