Mart 13, 2018 19:37 Asia/Baku
  • General Cəfəri: Bütün problemlər misilsiz fürsətlərə çevrilibdir
    General Cəfəri: Bütün problemlər misilsiz fürsətlərə çevrilibdir

Sepah-ın baş komandanı deyib: İran İslam İnqilabına qarşı bütün xarici təhdid və problemlər misilsiz fürsətlərə çevrilibdir.

General-leytenant pasdar Məhəmməd Əli Cəfəri bu gün axşam Rəhbərlik Xobreqanı Məclisinin beşinci dövrünün dördüncü iclasında düşmənlərin İran İslam Respublikasına qarşı fitnələrinə toxunaraq, əlavə edib ki, cari günəş ili İraq və Suriyada İran İslam Respublikası quruluşu ilə müxalif olan təkfirçilərin və İŞİD-in məğlubiyyəti ili oldu və bu, regionda İslam müqaviməti cəbhəsinin ən böyük qələbəsi sayılır.

General-leytenant Cəfəri söyləyib: Bu il həmçinin müqavimət qüdrətinin regionda qələbəsi ili oldu ki, bu iddianın bariz nümunəsi, sionist rejimin F-16 təyyarəsinin Suriya ordusu tərəfindən vurulmasıdır və bu, misli görünməmiş bir məsələdir.

Teqlər