Mart 14, 2018 18:12 Asia/Baku
  • Vaizi: İran Azərbaycanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirməkdə qətiyyətlidir

İran Prezident Aparatının rəhbəri deyib: İran Azərbaycan Respublikası ilə hərtərəfli münasibətlərin inkişaf etdirmək üçün əlavə səyləri həyata keçirməkdə qətiyyətlidir.

Mahmud Vaizi çərşənbə günü Azərbaycan Respublikası iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehranda görüşdə, İran prezidentinin Bakıya səfəri ərəfəsində əməkdaşlığın yeni potensiallarının aktivləşdirilməsinə toxunaraq deyib: Regionun hazırkı şəraitində, mövcud destabillik və radikallıqların olduğu vaxtda, İran və Azərbaycan prezidentlərinin Bakıda görüşərək məsləhətləşmə aparması çox əhəmiyyətlidir. Çünki hər iki ölkə stabillik və dinclik ardıncadır və radikallıq, müharibə, qarşıdurma və təcavüzə qarşıdır.

İran Prezident Aparatının rəhbəri Tehran-Bakı münasibətləri və əməkdaşlıqlarının möhkəmliyini Yaxın Şərq ölkələri üçün örnək adlandırıb və xatırladıb: İran, Rusiya və Azərbaycan dövlət başçılarının zirvə toplantısının keçirilməsi üzrə Azərbaycan prezidentinin təşəbbüsü siyasi və iqtisadi məqsədlərin reallaşması üçün üç ölkənin həmrəyliyi və regional əməkdaşlıqlarının nişanəsidir.

Azərbaycan Respublikası iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə Tehran-Bakı münasibətlərinin inkişafının yüksələn xəttdə olmasından razılıq edərək deyib: İran prezidentinin Bakıya növbəti səfəri iki ölkə münasibətlərində yeni səhifə açacaq və bu səfərdə böyük layihələrin razılaşma və sənədləri imzalanacaq.

Azərbaycan Respublikası iqtisadiyyat naziri İran və Azərbaycanın birgə iqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclasında iştirak etmək məqsədilə Tehrana səfər edib. Bu iclas bu gün ikitərəfli əməkdaşlıq sənədinin imzalanması ilə sona çatıb.