Mart 14, 2018 20:43 Asia/Baku
  • Rəhbərlik Xobrəqan Məclisi İranın müdafiə və raket qüdrətinin yüksəldilməsinin vacibliyini qeyd edib

Rəhbərlik Xobrəqan Məclisinin 4-cü iclasının yekun bəyanatında İranın raket və müdafiə qüdrətinin yüksəldilməsi və bu sektorun müzakirə ediləcək olmamasının vacibliyi vurğulanıb.

Ötən gün səhər işə başlayan Rəhbərlik Xobrəqan Məclisinin beşinci dövrünün dördüncü iclası çərşənbə günü İslam İnqilabının Böyük Rəhbəri ilə yenidən biəti, Həzrət İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanın yenilənməsi və yekun bəyanatın verilməsi ilə öz işinə yekun vurub.

Rəhbərlik Xobrəqan Məclisinin yekun bəyanatında bildirilir: Rəhbərlik Xobrəqan Məclisi ABŞ tərəfindən nüvə anlaşmasının açıq-aşkar şəkildə pozulmasını pisləyir və bu məsələnin ciddi şəkildə araşdırılmasını və əlaqədar qurumlar tərəfindən İran xalqının hüquqlarının qorunması istiqamətində münasib və qarşılıqlı mövqenin sərgilənməsini istəyir.

Rəhbərlik Xobrəqan Məclisi həmçinin ABŞ prezidentinin Beytül-Müqəddəsi işğalçı sionist rejimin paytaxtı olaraq rəsmən tanınması üzrə təhrikedici hərəkətini qınayaraq əlavə edib: ABŞ səfirliyinin Təl-Əvivdən Qüds-Şərifə köçürülməsini elan etmək ABŞ və sionist rejimi, onların əlaltılarının dəstəklədiyi İŞİD və təkfirçi cərəyanların məğlubiyyətlərinin əvəzini çıxmaq xülyası və yeni fitnədir.

Bu bəyanat Qüdsü müsəlmanların ilk qibləsi və islam dünyasının gözü adlandırıb və əlavə edir: Xərçəng şişi olan İsrailin sadəcə ictimai mübarizələrlə kökü kəsiləcək və beynəlxalq təşkilatlar, islam ölkələrinin liderləri, bütün azad vicdanlar ABŞ prezidentinin bu kinli hərəkəti qarşısında öz payları qədər cavab verməlidir.

Rəhbərlik Xobrəqan Məclisinin yekun bəyanatı Ali-Xəlifə rejiminin qeyri-insani davranışları, məzlum və müsəlman Bəhreyn vətəndaşlarının repressiya edilməsi, cinayətkar səudiyyə rejiminin açıq-aşkar təcavüzlərini pisləyib. 

Rəhbərlik Xobrəqan Məclisinin üzvləri sabah İmam Xomeyninin (rə) məqbərəsini ziyarət edərək İslam Respublikası banisinin amalları ilə əhd-peymanları təzələyəcək və ondan sonra İslam İnqilabının Böyük Rəhbəri ilə görüşəcək.