Mart 24, 2018 19:03 Asia/Baku
  • İran Tacikistanın turizm sərgisində iştirak edib
    İran Tacikistanın turizm sərgisində iştirak edib

İran İslam Respublikasının Tacikistandakı səfirliyi paytaxt Düşənbədə Novruz münasibəti ilə təşkil edilən turizm və əl-işləri sənayesi sərgisinə qatılıb.

İRNA-nın verdiyi məlumata görə, İİR-in düşənbə sərgisindəki pavilyonunda İran xalçası, əl işləri, mədəniyyət əsərləri, yerli yeməkləri, müsiqisi və turizm cazibədarlıqları təqdim edilib. 

İran pavilyonunda Novruz süfrəsi adı altında yeddisin süfrəsi də açılıb. 

Həmçinin İİR-in Düşənbədəki səfiri Höccətullah Fəğani də Novruz şənliyi və yeni il mərasimindəki çıxışında Novruzun İran mədəniyyətindəki əhəmiyyətini xatırladıb, Novruzun mesajının mötədillik və həmrəylik olduğunu deyib. 

Teqlər