Apr 16, 2018 09:58 Asia/Baku
  • Qasemi: Amerikanın Suriyaya hücumu Suriya xalqının qələbəsinin nişanəsidir
    Qasemi: Amerikanın Suriyaya hücumu Suriya xalqının qələbəsinin nişanəsidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Amerika, Fransa və İngiltərənin kimyəvi silahdan istifadə bəhanəsilə Suriyaya qarşı hücumu böyük Suriya xalqının onların və terrorçuların üzərindəki qələbələrinin nişanəsidir.

Bəhram Qasemi Əlaləm telekanalı ilə müsahibədə ABŞ-ın Suriyaya qarşı son hücumdakı məqsədlərini şərh edərək, deyib: Bu hücumun kökü, öz səyi ilə ölkəsinin geniş hissələrini terrorçuların işğalından çıxara bilmiş Suriya xalqının çox böyük qələbələrindən mənşə alır. Bu üzdən, bəzi qüdrətlər bu qələbələrin qarşısını almaq üçün puç bəhanələrlə Suriyaya hücum etdilər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Dünya ictimaiyyəti görür ki, müqavimət cəbhəsinin qələbələr çaldığı zamanlarda bəzi qüdətlər Suriyadakı qüvvələr müvazinətini dəyişmək üçün meydana girir və çalışırlar ki, siyasi və hərbi zərbələrlə terrorçuların yeni nəfəs almaları üçün bir zaman əldə etmiş olsunlar.

Qasemi Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı son hücumunu müstəqil bir ölkəyə qarşı aşkar bir təcavüz adlandırıb və belə əlavə edib: Bu qanunsuz hücum bütün beynəlxalq qanunlar və konvensiyalara ziddir və qanunsuz bir hərəkət hesab olunur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Amerika İraq və Əfqanıstan kimi ölkələrə, hazırda da Suriyaya qarşı qanunsuz hücumlar ilə bağlı uzun keçmişə malikdir. O, əlavə edib: BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatlar bu hücumlarla öz kəsərliliklərini itirirlər; bu üzdən, həmin hərəkətlərin qarşısı alınmalıdır.

Qasemi həmçinin Ərəbisatnın Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı son hücumunda böyük rol oyandığını xüsusilə qeyd edib.

Amerika, Fransa və İngiltərə şənbə günü səhər tezdən Suriya dövlətinin Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərini kimyəvi silahla bombalaması iddiası ilə bu ölkəyə hücum etdilər. Heç bir beynəlxalq nəzaətçi bu iddianı təsdiqləməyibdir.

 

Teqlər