Apr 16, 2018 19:27 Asia/Baku
  • Zərifin Tacikistan prezidenti ilə görüşü
    Zərifin Tacikistan prezidenti ilə görüşü

İran İslam Respublikasının xarici işlər naziri Düşənbə şəhərində Tacikistan prezidenti ilə görüşüb.

Tacikistana səfər etmiş Məhəmməd Cavad Zərif bu gün Tacikistan prezidenti İmaməli Rəhman ilə görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafını vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri və Tacikistan prezidenti bu görüşdə iki ölkənin çoxlu sayda ortaqlıqlarına toxunaraq, qarşılıqlı əlaqələr və həmkarlıqların siyasi, iqtisadi, mədəni, energetika və texnologiya sahələrində genişlənməsini vurğulayıb.

İran İslam Respublikasının xarici işlər naziri bu gün EKO ölkələrinin xarici işlər nazirlərinin 23-cü iclasında iştirak etmək üçün siyasi bir nümayəndə heyətilə Tacikistanın paytaxtı Düşənbəyə daxil olub.

EKO regional bir təşkilat olaraq, üzv ölkələr arasında mədəni, texniki və iqtisadi əməkdaşlıqların irəlilədilməsi hədəfilə 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis olunub.

İran, Pakistan, Türkiyə, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycan Respublikası EKO iqtisadi təşkilatına üzv ölkələrdirlər.

 

Teqlər