Apr 17, 2018 08:42 Asia/Baku
  • İranın şərqində terrorçulardan iri miqdarda partlayıcı maddə aşkar edilib
    İranın şərqində terrorçulardan iri miqdarda partlayıcı maddə aşkar edilib

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri sayıqcasına bir addımda narkotik maddələr çətiri altında şərq sərhədlərindən İrana daxil edilməli olan iri miqdarda partlayıcı maddələri aşkar və müsadirə ediblər.

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri bu əməliyyatda terror qruplarını 80 kiloqram kombinə edilmiş partlayıcı maddələr, şose yolu kənarında qoyulan bombalarda istifadə olunan 17 ədəd pedallı partlayış tələsi; 2100 patronla bərabər, 28 ədəd tapança; 35 ədəd qumbara; onlarla elektron qurğu, fitil və partlayış təchizatını köçürməkdə nakam qoya biliblər.

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri bu sayıqcasına əməliyyatda həmçinin terrorçulardan 580 kiloqram narkotik maddə aşkar ediblər.

Bundan öncə İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin sayıqlığı ilə İranın cənubunda yerləşən Kerman vilayətinin şərqində narkotik maddələr qaçaqmalçılığı üzrə beynəlxalq və silahlı bir şəbəkə dağıdılmışdı.

Bu əməliyyatda narkotik maddələr qaçaqmalçılığı üzrə beynəlxalq və silahlı bir şəbəkənin ünsürləri narkotik maddələri Əfqanıstandan İranın daxilinə köçürmək istəyərkən Kerman vilayətinin şərq səhralarının dərinliklərində aşkar və məhv edildilər.

İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön cəbhəsi kimi bu yolda üç mindən çox şəhid və bu rəqəmdən də yuxarı yaralı veribdir. 

BMT daim İran İslam Respublikasını narkotik maddələr ilə mübarizənin bayraqdarı adlandırıbdır.

Teqlər