Apr 17, 2018 11:28 Asia/Baku
  • 4 iranlı sərhədçi şəhid olub
    4 iranlı sərhədçi şəhid olub

İranın Sistan və Bəluçestan vilayətinin sərhəd qoşunları komandanının ictimai məsələlər üzrə müavini bu gün silahlı quldur dəstələrilə döyüşdə dörd iranlı sərhədçinin şəhid edilməsindən xəbər verib.

Bu toqquşmanın dünən gecə Mircavə şəhrestanının "Rig Məlek" sərhəd bölməsində baş verdiyini bildirən mayor Əbulhəsən Ziyayi qeyd edib ki, həmin qarşıdurmada üç iranlı sərhədçi də yaralanıbdır.

Yaraqlı və muzdur quldur dəstələri son bir neçə ildə Pakistanın daxilindən terror əməliyyatları həyata keçirərək, İranın Sistan və Bəluçestan vilayətinin sərhəd məntəqələrində İran vətəndaşları və sərhədçilərindən bir qrupunu şəhid ediblər.