Apr 25, 2018 13:09 Asia/Baku
  • Müharibə Koalisiyası yerinə Sülh və Dostluq Koalisiyası
    Müharibə Koalisiyası yerinə Sülh və Dostluq Koalisiyası

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi: Müharibə üçün koalisiya qurmaq yerinə sülh, dostluq və qardaşlıq üçün koalisiya təşkil olunmalıdır.

Dünyanın 5 qitəsinin təhlükəsizlik rəsmilərinin 9-cu iclası İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin iştirakı ilə bu gün səhərdən Rusiyanın Soçi şəhərində işə başlayıb. 

İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi kontr-admiral Əli Şəmxani Rusiyanın Soçi şəhərində dünyanın 5 qitəsinin təhlükəsizlik rəsmilərinin 9-cu iclasında bildirib: Hazırda dünya hər zamankından daha çox sülh, stabillik və təhlükəsizliyə ehtiyaclıdır. Onun gerçəkləşməsi yolu, birgə anlaşıyı əldə etmək, yanlış anlaşılmaları aradan qaldırmaq üçün siyasi, təhlükəsizlik və hərbi danışıqlar yolundan keçir. Müharibə və qarşıdurmaya son qoyulmalıdır və müharibə üçün koalisiya yerinə, sülh, dostluq və qardaşlıq üçün koalisiya təşkil olunmalıdır. Ölkələrin milli sərmayəsi silah rəqabətinə sərf olunmaq yerinə, yoxsulluğun aradan qaldırılması və xalqların inkişafı və rifahı istiqamətinə xərclənməlidir. 

Şəmxani bildirib: Dünya bu gün hər zamankından daha çox sülh, stabillik və təhlükəsizliyə ehtiyaclıdır. Onun gerçəkləşməsi yolu siyasi, təhlükəsizlik və hərbi dialoqlar yolundan keçir. Ölkələrin milli sərmayəsi silah rəqabətinə sərf olunmaq yerinə, yoxsulluğun aradan qaldırılması, xalqların inkişafı və rifahı istiqamətinə xərclənməlidir. 

"Təbii şəkildə bir məsələ böhrana çevrilməzdən öncə, bir prosesi keçir" deyən Şəmxani əlavə edib: Bilik və təcrübə dünyada heç bir böhranın müharibə və qarşıdurma ilə həll olunmadığını, bu böhranların bir vəziyyətdən başqa bir vəziyyətə çevrildiyini göstərir. 

Region böhranlarına diqqət çəkən Şəmxani xatırladıb: Qətiyyətlə iddia etmək olar ki, dünyadakı hazırkı böhranlar, o cümlədən Suriya, Yəmən, Liviya, Əfqanıstan, Koreya yarımadası böhranı üçün danışıqlar, siyasi həll yolundan başqa heç bir həll yolu yoxdur. Amma belə bir sula ortaya çıxır ki, nə üçün bu böhranların siyasi həllinə etinasızlıq olunur və müharibə təbili çalınır? Bu böhranlardan hər birinin özünəməxsus siyasi həll yolu vardır. Münaqişələrin köklərin tapılmasında bir sıra maneələrlə üzləşirik. Demək olar ki, bu böhranların hamısında bu meyar vardır. 

Admiral Şəmxani bildirib: ABŞ ən böyük silah və sursat ixracatçısı olaraq dünyanın hərbi bazarının üçdə birindən çoxuna nəzarət edir. Bu silahların 70%-dən çxou Yaxın Şərq bölgəsinə satılır. Ötən on il ərzində ikiqat artıb və bölgəni silah və sursat anbarına çevirib. 

"ABŞ-ın bölgədəki qəti siyasəti iştirakı və hərbi bazalarının inkişafı, silah-sursat satışı və region məsələlərində müdaxilə etmək üçün destabilliyi idarə etməkdir" -deyə Şəmxani bildirib. 

İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi "Belə çox gəlirli bazarda ABŞ müharibələrə son qoyulmasına maraq göstərə bilərmi? İranı təhlükəsizlik hədəsi göstərmədən bir səfərdə bir milyard dollardan çox dəyərdə silahı Ərəbistana sata bilərmi? Rusiya, Çin və İran təhdidlərindən əsassız və xəyali təsviri yaratmadan dünyada silah satışı müsabiqəsini yarada bilərmi? ABŞ-ın köməyi olmadan İŞİD kimi terror qruplaşmaları İRaq və Suriyanın ərazisinin yarısını öz işağlında saxlaya bilərdilərmi? ABŞ-ın dəstəyi olmadan terrorçular Əfqanıstan və Orta Asiyada yeni qarşıdurmalara şərait yarada bilərdilərmi?" suallarını irəli sürərək deyib: Təbii ki, bütün cavablar mənfidir. Çünki ABŞ-ın regiondakı qəti siyasəti, hərbi bazaları inkişaf etdirmək, iştirak etmək, silah satmaq və regionun məsələlərində müdaxilə etmək üçün destabilliyi idarə etməkdir. 

O sonda deyib: ABŞ hökumətinin Qüdsü sionist rejimin paytaxtı kimi tanıması Fələstin böhranının həlli istiqamətində deyil, Fələstində müharibə odunu alovlandırmaq istiqamətindədir. 

Teqlər